Qırğızlar mamont qalıqları aşkar etdilər

 14:19 04.06.2024     718

Qırğız Respublikasının İssık-Kul vilayətində Cırqalan çayının selində mamont qalıqları aşkar edilib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Qırğızıstanın Mədəniyyət Nazirliyindən məlumat verilib.

Xüsusilə, onun dişi və kəllə sümüyünün aşağı hissəsinin parçaları tapılıb. “Onlar bir-birindən təqribən 150 m aralıda, 3-5 m dərinlikdə yerləşib”, - nazirlikdən bildirilib. Əlavə edilib ki, Cırqalan çayı yaxınlığında işlənmə işləri aparılan karxananın sahibi tapıntı barədə səlahiyyətli orqanlara məlumat verib. Əraziyə bir qrup arxeoloq göndərilib.

Sümük parçaları məhv edilməməsi üçün yerində saxlanılıb. Onlar tam konservasiyadan sonra muzeyə təhvil veriləcək.

İssık-Kul bölgəsində mamont qalıqları əvvəllər də bir neçə dəfə, o cümlədən İssık-Kul gölünün suyunun altında tapılıb. Qırğız alimləri ilk dəfə 1977-ci ildə belə bir tapıntı elan ediblər.

Turan İSMAYIL