Süni intellekt insan əməyini sıradan çıxara bilərmi? - Ekspert AÇIQLADI

 21:22 10.06.2024     756

Mühəndis Marina Minnikova insanların niyə həmişə süni intellektdən (AI) üstün olacağını izah edib. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Ekspertin sözlərinə görə, insanlar süni intellektin onları gələcəkdə iş yerlərindən məhrum edəcəyindən qorxmağa başlayıblar. Bununla belə canlı bir insanın bir neçə keyfiyyəti var və bunun sayəsində o, həmişə kompüterdən daha güclü olacaq. O, əsas şeyi yaradıcılıq adlandırıb.

Minnikova bildirib ki, süni intellekt liderlik keyfiyyətlərinə malik ola bilməz.

 “Hər hansı bir məşhur lideri xatırlayın - İlon Mask, Steve Jobs və ya başqa bir iş adamı. Onların uğuru təkcə məlumatların təhlili və sərt məntiqdən asılı deyildi”, - deyə Minnikova qeyd edib.

Mütəxəssis vurğulayıb ki, süni intellekt insanı uğurla kopyalayır, lakin o, “empatiya” anlayışı altında birləşən keyfiyyətləri təkrarlaya bilməyəcək. 

Yusif EYVAZLI