Yaşayışın olduğu ehtimal edilən planet kəşf edildi

 10:02 13.06.2024     723

NASA-nın bir qrup alimi nəzəri cəhətdən yaşayışın olduğu ehtimal edilən, Yerdən kiçik,  Veneradan daha böyük , təxminən 40 işıq ili uzaqlıqda planet kəşf ediblər.

Redaktor.az “The Astrophysical Journal Letters ”ə istinadən xəbər verir ki, “Gliese 12b” adlı ekzoplanet, Balıqlar bürcündə yerləşən soyuq qırmızı ulduzun ətrafında fırlanır. Sözügedən ulduz təxminən Günəşin 27%-i qədərdir, temperatur isə günəşin 60%-qədərdir.

Bildirilir ki, göy cismi Günəşdən çox kiçik olduğuna görə, “Gliese 12b”nin orbiti yaşayış mühitinə - suyun ola biləcəyi ideal məsafədə yerləşir. 

Sözügedən planet ilə bağlı Tokio Astrobiologiya Mərkəzi iddia edir ki, həmin planet bu günə qədər tapılan ən yaxın, mülayim və Yer ölçüsündə olan göy cismidir.

 Yusif SƏMƏDZADƏ