NASA astronavtları kosmosda ilişib qala bilərlər

 17:47 15.06.2024     562

NASA astronavtları "Boeing"in kosmik gəmi sistemlərində yaranan texniki problemlər səbəbindən Beynəlxalq Kosmik Stansiyada (BKS) ilişib qala bilərlər.

Redaktor.az " kp.ru"ya istinadla xəbər verir ki, "Starliner" keçən həftə iki nəfəri stansiyaya çatdırıb və indi o, "doking" modulundan ayrıla bilmir. Gəminin Yerə qaytarılması üçün istifadə edilən hərəkət sistemində beş fərqli sızma aşkar edilib.

Məlumata görə, ekipaj iyunun 14-də BKS-dən uçmalı idi, lakin sonra uçuş iyunun 22-nə qədər təxirə salınıb. Hazırda "Boeing" və NASA mütəxəssisləri aşkar edilmiş problemləri aradan qaldırmağa çalışırlar.