Güclü küləklərdə avtomobilinizi saxlamaq üçün yerlər - Ekspert AÇIQLADI

 20:44 20.06.2024     778

"Güclü küləklərdə avtomobilinizi çox səviyyəli dayanacaqda tərk etmək yaxşıdır".

Redaktor.az xəbər verir ki, avtomobil eksperti Dmitri Laskov NEWS.ru-ya müsahibəsində pis hava şəraitində park etmək üçün ən təhlükəsiz yerləri açıqlayıb.

Mütəxəssis eyni zamanda yeraltı dayanacaqlardan qaçmağı məsləhət görüb.

"Güclü yağış zamanı onlar su basa bilər. Ən vacib qayda avtomobilləri ağacların yanında qoymamaq və mümkün qədər onlardan uzaq yer seçməkdir. Əgər qasırğa olarsa, o zaman istənilən ağac, hətta ən qalın ağac da yıxıla bilər. Ona görə də maşının yanında ağac olmasa daha yaxşı olar”, - deyə Laskov qeyd edib.

Yusif EYVAZLI