Yemişlə mədə problemlərindən xilas olmağın yolu
Yay meyvələri dedikdə yemiş (qovun) ilk sıralarda gəlir.
Redaktor.az "medicina.az"a istinadən xəbər verir ki, yemiş mədə üçün çox faydalı meyvə hesab olunur. Çünki mədə turşusunu balanslaşdırır.
Yemişin qabığı da özü qədər faydalı xüsusiyyətlərə malikdir. Əsasən ürəkbulanma əleyhinə istifadə olunur.
Yemişin faydaları:
*Yemiş dərini nəm saxlayır.
*Tərkibində yüksək miqdarda su var.
*Qəbizliyin qarşısını alır.
*Güclü antioksidant təsiri ilə yanaşı mineral qaynağıdır.
* A, B, D, C, E və K vitaminləri ilə yanaşı maqnezium, kalium, dəmir, mis və alfa-beta karotinlərlə zəngindir.
Yemiş qabığının faydalı xüsusiyyətləri:
Yemişin qabığını smuzilərə qatmaq tövsiyə edilir. Yemiş qabığından əldə edilən şirə orqanizmin su balansını qorumağa kömək edir və dərini nəm saxlayır.
Yemiş qabığı şirəsi C vitamini ilə birlikdə betakaroten və antioksidantlar baxımından çox zəngindir.
Həzm sisteminə müsbət təsir göstərən yemiş qabığı şirəsi tərkibindəki lif sayəsində həzmi asanlaşdırır və qəbizliyin qarşısını alır.
Yemiş qabığı mədədə sakitləşdirici təsirə malik olmaqla yanaşı, mədə turşusunun tarazlaşdırılmasına da kömək edir.
Bu şirə ilə qarqara etməklə də dişlərinizin və diş ətinizin sağlamlığını qoruya bilərsiniz.
Tərkibindəki kalium ilə təzyiqi tənzimləyən yemiş qabığı şirəsi ürək sağlamlığını da dəstəkləyir.
Bədəndən toksinlərin çıxarılmasına kömək edən yemiş qabığı şirəsi saç köklərinə sürtüldükdə isə saç tökülməsi və ekzema problemlərini də aradan qaldırır.