Bu ilin moda trendi "fast food"dur
"Fast food" temalı geyim və aksessuarlar 2024-cü ilin trendidir.
Redaktor.az xəbər verir ki, bu barədə "New York Post" (NYP) məlumat yayıb.
Məlumata görə, bu mövsüm dizaynerlər dəfələrlə müxtəlif "fast food" məhsulları şəklində kolleksiyalar buraxıblar.
Xüsusilə, oxşar seriya "Heinz" brendi ilə birlikdə lüks brend "Kate Spade" tərəfindən təqdim edilib. Üzərində pomidor ketçupu butulkasının təsviri və məhsulun üzərinə tökülən zəncirbəndli çantalar müştərilərə təklif olunub.
Sevinc İBRAHİMZADƏ