Dadlı və yetişmiş yemişi necə seçmək olur?

 11:20 15.07.2024     837

Yay aylarının məşhur meyvələrindən biri də yemişdir. Bir çoxları həm faydalı, həm də ləzzətli meyvə olan yemişin necə seçilməsilə bağlı çətinlik çəkir.

Redaktor.az xəbər verir ki, daha dadlı və faydalı şəkildə istehlak edilməsi üçün mineral və vitaminlərlə zəngin olan yetişmiş yemişləri seçmək lazımdır. 

Yemiş seçərkən nəzərə alınmalı olan ilk şey onun xarici görünüşüdür. Yemiş qabığındakı rəng bərabər paylanıbsa və krem tonunda görünürsə, meyvənin üstündə çatlar və yumşaq ləkələr varsa, bu, onun çox yetişdiyini göstərir.

Əgər yemişin dibi yumşaqdırsa, deməli, yetişib. Həmçinin yemişin aşağı hissəsi, yəni çiçək ucu kəskin və xoş bir qoxu yayırsa, bu da onun yetişdiyinin əlamətidir. Eyni zamanda, gövdə hissəsi asanlıqla ayrılırsa, bu, yemiş yetişmiş və şirin hesab olunur.

Nəzərə alınacaq ən son şey isə yemişin çəkisidir. Ölçüsündən artıq çəkisi olan meyvədə daha çox su var ki, bu da həmin yemişin şirinliyindən xəbər verir.

Sevinc İBRAHİMZADƏ