Dondurma həqiqətən də sərinləməyə kömək edir?

 02:12 26.07.2024     571

İsti yay günlərində çoxlarımız ləzzətli dondurmanın dadını çıxarmaqdan gözəl bir şey olmadığını düşünürük. Ancaq təəssüf ki, bu soyuq desert həmişə sərinləməyə kömək etmir.

Redaktor.az lent.az-a istinadən xəbər verir ki, dondurma hazırlamaq üçün süd yağı və şəkər olduğu məhsullardan istifadə olunur. Yağların parçalanması zamanı orqanizmdə böyük miqdarda istilik ayrılır - yağları digər qida maddələri ilə müqayisə etsək, onlar ən yüksək enerjiyə malikdirlər və buna görə də bədəndə istilik əmələ gətirə bilir.

Süd yağı və şəkər bədəndə istilik əmələ gətirir. Belə bir məqamda hava isti olarsa, dondurmanın verdiyi əlavə istilik rifahınıza mənfi təsir göstərə bilər.