Bürünc medal qazananlar niyə daha xoşbəxtdir?

 17:52 30.07.2024     688

Ciddi rəqabətdən əvvəl ikici yaxud üçüncü yeri seçmə şansınız olsaydı, yəqin ki, ikinci yeri seçərdiniz. Lakin 1990-cı illərin ortalarında aparılan bir araşdırma bürünc medal qazananların gümüş medal qazananlardan daha çox müsbət emosiyalar nümayiş etdirdiyini göstərib.

Redaktor.az xəbər verdi ki, gümüş mükafatçıların özlərindən tez-tez narazı qalmasının ən məşhur izahı onların müəyyən bir “əks-faktual düşüncə” formasına meylli olmalarıdır. Onlar qalib olmaq şansını əldən verdiklərinə görə təəssüfləniblər, çünki bunun üçün bir az daha çox səy göstərə bilərdilər.

Bunun əksinə olaraq, bürünc medalçılar sadəcə olaraq medal qazana bildiklərinə görə rahatlayıblar.

London-2012 Olimpiya Oyunlarında aparılan tədqiqatlar da bu fərziyyəni təsdiqləyib. Qızıl və bürünc medalçılar daha yaxşı performans göstərdikləri üçün daha xoşbəxt görünüblər.

Rio Olimpiadasında idmançılar üzərində aparılan araşdırmada gümüş və bürünc medal qazanan idmançılar arasında xoşbəxtlik baxımından çox az fərq aşkar edilib. Ancaq ikinci yeri qazananlar baş verə bilmməsi mümkün olduğu halda baş verməyən şeyləri daha çox müzakirə ediblər.

Sevinc İBRAHİMZADƏ