Azərbaycanda son 50 ildə ən çox sel hadisəsi iyulda qeydə alınıb - Nazim Mahmudov

 10:45 06.08.2024     571

İyul ayında ümumi olaraq Azərbaycan üzrə 43 sel hadisəsi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Bu da 2023-cü ilin analoji ayı ilə müqayisədə 2,7 dəfə çox olmaqla, son 50 il ərzində ən çox sel hadisəsi olan iyul ayı kimi qeydə alınıb:

Onun sözlərinə görə, 2024-cü ilin iyul ayında yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçib.

"İyul ayı ərzində ölkənin yerli çaylarında, xüsusilə Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsi ərazilərindən axan əksər çaylarda sululuq normadan yüksək, bəzi çaylarda isə normadan aşağı olub".