Qızıl medallar həqiqətən QIZILDANDIR?
Qələbə qazandıqdan sonra medal dişləmək geniş yayılmış bir ənənədir.
Redaktor.az xəbər verir ki, medal dişləmə ənənəsinin ABŞ-də qızıl qaçışı zamanı yarandığı güman edilir. Mədənçilər külçələrin həqiqiliyini belə yoxlayıblar.
Bundan başqa, olimpiya qızıl medallarının həqiqətən nədən hazırlandığı məlum olub. Belə ki, çəkisi 500 ilə 800 qram arasında dəyişən qızıl medallar əslində ən azı 6 qram xalis qızılla üzlənmiş gümüşdən hazırlanır. Belə bir medalın qiyməti dünya bazarlarından asılıdır.
Paris 2024 Olimpiya medalının bəziləri təkrar emal olunmuş metallardan, o cümlədən təmir və bərpa zamanı Eyfel qülləsindən götürülmüş metal qırıntılarından hazırlanıb.
Sevinc İBRAHİMZADƏ