Xəzər dənizində şirin su tısbağası aşkarlandı
Son illər Xəzər dənizində şirin su tısbağasının görüldüyü barədə şayiələr yayılırdı. Dəniz suyunun duzlu olması səbəbindən bu, inandırıcı görünmürdü.
Redaktor.az xəbər verir ki, bu barədə "ECOJER" Assosiasiyasının Regional ekoloji şurasının sədri bioloq Adilbek Kozıbakov sosial şəbəkələrdə məlumat verib. O qeyd edib: “Aktau sakinlərinin bu tısbağaları uşaqları üçün evə gətirib sonra dənizə buraxdıqları ehtimalı istisna edilmirdi". Bioloqun sözlərinə görə, ona Kulalı adasında aşkar edilən bataqlıq tısbağasının şəkil və videosu göndərilib.
“Beləliklə, çoxillik şayiələr təsdiqləndi. Şirin su tısbağasının dəniz adasına necə düşdüyü və ən əsası, özü üçün qeyri-tipik olan dəniz mühitində necə yaşadığı isə sirr olaraq qalır”, - deyə o əlavə edib.