Qocalığın yaşı bəlli oldu
Qocalma prosesində ən dramatik dəyişikliklər insanın həyatında iki dəfə baş verir.
Redaktor.az xəbər verir ki, bu barədə Stanford Universitetinin mütəxəssisləri müəyyən ediblər.
Tədqiqatçılar 25-75 yaş arası 108 yetkin insanda qocalmanın təsirinə məruz qalan 135.000-dən çox molekul növünü təhlil ediblər. Məlum olub ki, bu molekullar 45-65 yaş arasında əhəmiyyətli dərəcədə dəyişir.
Məlumata görə, alimlər 40 yaşdan yuxarı insanlarda spirt, kofein və yağ mübadiləsi, ürək xəstəlikləri, dəri və əzələlərlə bağlı molekullarda əhəmiyyətli dəyişikliklər müşahidə ediblər. Tədqiqatçılar dəri və əzələlərdə molekullarda, həmçinin 60 yaşdan yuxarı insanlarda karbohidrat və kofein mübadiləsi, immun tənzimləmə, böyrək funksiyası və ürək-damar xəstəlikləri ilə əlaqəli molekullarda əhəmiyyətli dəyişiklikləri qeyd ediblər.
Əgər elm adamları bu dəyişikliklərin arxasında duran hərəkətverici qüvvələri tapa bilsələr, bu yaşlarda qocalmanı yavaşlatmaq və ya hətta geri qaytarmaq yollarını tapa bilərlər.
Sevinc İBRAHİMZADƏ