Planetlərin paradı olacaq

Avqustun 28-də səhər saatlarında Merkuri, Mars, Yupiter, Uran, Neptun, Saturn və Ay Günəşin bir tərəfində düzüləcək.
Redaktor.az xəbər verir ki, planetlərin şərti paradı səmada təxminən 160 dərəcəlik sektorda olacaq.
"Avqustun 28-də Merkuri, Mars, Yupiter, Uran, Neptun, Saturn və Ay səhər saatlarında səmada Günəşin bir tərəfində təxminən 160 dərəcəlik sektorda yerləşəcək", - deyə məlumatda bildirilib.
Aydın havada parad iştirakçılarının bəzilərini adi gözlə, qalanlarını isə teleskopla görmək mümkün olacaq.