Astral səyahət – psixoloq və astroloq DANIŞIR
İnsanlar ruhi və fiziki bədəndən ibarətdir. Yatdıqları zaman ruhi bədənləri fiziki bədəndən ayrılır və sonradan geri qayıdır.
Təbii ki, bu zaman ruhu idarə etmək mümkün deyil. Amma bəzən elə olur ki, insanın ruhu bədənindən ayrılır və şüurlu şəkildə idarə edildiyi iddia olunur. Buna astral səyahət deyilir.Astral səyahət zamanı insanlar bəzən “gələcəyini görür”, qeyri-adi, qorxulu varlıqlarla qarşılaşır.
Astral səyahətə düşmək üçün xüsusi metodlar da qeyd edilib.Qeyd olunur ki, istənilən insan xüsusi təlim keçdikdən sonra özünü astral səyahətə sala bilər. Divarlardan keçə bilər, istədiyi,arzuladığı, əlçatmaz sayılan insanla danışa bilər. Təbii ki,bu bir qədər şübhəli məsələdir.
Redaktor.az xəbər verir ki, Psixoloq Elnur Rüstəmov modern.az-a açıqlamasında bildirib ki, astral səyahətin həqiqətən olub- olmaması barəsində konkret fikir bildirmək mümkün deyil:
“Biz əgər statistikaya müraciət etsək məlum olar ki, astral səyahətə düşmüş insanların böyük bir qismi psixoloji narahatlığı olanlardır. Ancaq bundan fərqli olaraq buddizmdə,eləcə də Şərq fəlsəfəsində haqqında bəhs edilən elə vəziyyətlər var ki, insanlar artıq elə mərhələyə gəlib çatırlar ki, real dünya ilə təmamilə əlaqələri kəsilir. Və insan özünü emosional dünyada hiss edir.Buna buddizmdə bəhs edilən omeqa vəziyyətini aid etmək olar”.
Elnur Rüstəmovun sözlərinə görə, bəzi insanlar, onlarda bu halın real olduğuna inanırlar.
“Tamamilə hər hansı bir psixoloji problemlərdən dolayı özlərinin astral həyatda olduqlarını və yaxud “ o biri dünya”da olan ruhlarla danışdıqlarını iddia edirlər. Bu cür insanların çoxunda psixoloji və psixiatrik xəstəliklər olduğu müəyyən edilib. Ümumiyyətlə,astral səyahət haqqında birmənalı şəkildə danışmaq çətindir”.
Elnur Rüstəmov bildirib, istər yoqada, istər buddizmdə,hətta sufizmin özündə də insanların müəyyən təlqinlər vasitəsilə müəyyən mərhələləri keçməsi özlərini astral əraziyə salması kimi dəyərləndirilir:
“Bəzən insanları aldadırlar ki,müəyyən zərərli vərdişlərin,məsələn, narkotik vasitələrin təsiri altında astral səyahətə düşə bilərlər.Bu məsələdə diqqətli olmaq lazımdır,bu yol insanları pis yola çəkməkdən başqa bir şey deyil”.
Psixoloqun fikrincə, əsasən Qərb ölkələrində astral səyahətə düşmək üçün yeganə yolun narkotik vasitələr olduğunu iddia edirlər:
“Və təəssüf ki, bu istiqamətdə təbliğat aparırlar:. Narkotik vasitəsilə real dünya ilə əlaqələr kəsilir və insan qeyri-real dünyaya keçir. Bu məsələ bizim üçün narahatedici məqamlardandır. Çünki bəzən bunun təsirinə düşən vətəndaşlarımıza da rast gəlinir.Onu da qeyd etmək istərdim ki, təbii yollarla astral səyahətə düşmüş insanın ölüm riski azdır. Ancaq narkotik vasitələr bu baxımdan çox təhlükəlidir”.
Astroloq Firudin Qurbansoy bildirdi ki, astral səyahətə düşmüş şəxslər həqiqətən var və bu zaman ruh bədəndən ayrılır:
“Əsasən psixotrop maddələrdən və ya narkotik maddələrdən, eyni zamanda güclü alkoqol içkilərdən istifadə zamanı ola bilər ki,ruh bədəndən ayrılsın. Həmin vaxt insanın gözünə qeyri-adi varlıqlar görünə bilər. Əgər həmin şəxs savadlıdırsa, gördüklərini dərk edəcək ki,nədir. Yox savadsız insandırsa,özünü hər hansı nağıl,ya dastan qəhrəmanlarının arasına düşmüş kimi hiss edəcək. O yöndən qiymətləndirəcək”.
Firudin Qurbansoy qeyd etdi ki, ruhun bədəndən çıxıb,sonradan geri qayıtmasına şübhə etmək yersizdir:
“İnsanlar bəzən elə aləmə düşürlər ki, onlar heç oradan qayıtmaq belə istəmirlər. Geri qayıtdıqdan sonra gördüklərini,eşitdiklərini ətrafdakı şəxslərə danışırlar. Buna səma rəqsləri də deyirlər. Ancaq bu hər kəs üçün deyil, sadəcə seçilmiş insanlara aiddir. Bəzi fikirlər səslənir ki, guya astral səyahətə hər kəs düşə bilər. Bu səhv fikirdir”.
Firudin Qurbansoyun sözlərinə görə insan yatarkən onu ruhu bədənindən ayrılır.
“Bu barədə Quran-i Kərimdə ayə də var. Buna şübhə etmək düzgün deyil”