Ən təhlükəli idman növləri HANSILARDIR?

 02:00 31.08.2024     493

Hər hansı bir peşəkar idman sağlamlığa zərər yarada bilər. İdmançılar, yüksək nəticələr əldə etmək üçün bədənlərini lazımi formaya salmağa vaxtlarını sərf edirlər. Ancaq elə maksimal təhlükəli idman növləri də var ki, onunla məşğul olanlar az qala hər dəfə risk almalı olurlar.

Redaktor.az xəbər verir ki, dünyada ən təhlükəli 9  idman növü bunlardır: 

Serfing

Bu idmanla məşğul olanlar əsl adrenalin sevərlərdir. Yüksək dalğadan suya düşmək — zərərsiz səslənir, lakin burada yüksək sürət vacibdir. Buna görə suya zərbələr olduqca travmatik ola bilər. Bundan əlavə, dalğalar suyun altındakı qayalara diqqət yetirməyə mane olur və bu üzdən onların üzərinə düşməklə ölümcül ola biləcək ağır nəticələr yaranır.

Boks

Boks və onun qohumu MMA (qarışıq döyüş sənəti) təhlükəli bir idman növüdür — hər dəfə bir idmançını bir-iki zədə ilə təmin edir. Gözün altının qaralması və ya dodaqların partlaması kimi kiçik xəsarətlər və ya daha ciddi xəsarətlər olsun, uzun müddətli zaman kısiyində insan sağlamlığına təsirsiz ötüşmür. Rinqlərdə qəfil ölüm halları da nadir hal deyil — hər il təxminən 10 boksçu döyüş zamanı baş və boyun xəsarətlərindən dünyasını dəyişir. Digərləri isə bir sıra hallarda karyeraları boyunca aldıqları xəsarətlərdən ölürlər.

Alpinizm

Ən təhlükəli idman növlərindən biri də alpinizmdir. Hər il ekstremal səfərlər zamanı minlərlə idmançı yaralanır, bəziləri ölümcül olur. Çox vaxt alpinistlər sürüşür və yıxılırlar. Bildiyiniz kimi uçurum nə qədər yüksəkdirsə, risklər bir o qədər yüksəkdir.

Şüvüllə hündürlüyə tullanma

Bu idman növü atletikada ən maraqlı və zərif formalardan biridir. Ancaq çox vaxt idmançılar bu gözəlliyi həyat və sağlamlıqları ilə ödəyirlər. Mümkün qədər yüksək tullanmaq üçün şüvüldə güclü bir gərginlik yaratmalısınız. Bu üsul bağlarda çatıamaların və qırıqların əsas səbəbidir. Yuxarı tullanan idmançı bədənini mümkün qədər idarə etməlidir. Bir səhv — idmançı yüksək sürətlə yıxılır və dərhal sümüklərini qırır.

Beysjumping

Bu idman həvəskarları həddindən artıq risk edərək özlərini təhlükəyə atırlar. Onunla məşğul olanlar xüsusi paraşütlərlə müxtəlif obyektlərin üzərindən aşağı atlanırlar. Adının ingilis dilində mənası da 4 müxtəlif obyektlərin abriaviaturasından götürülüb.

Əslində, idmançılar stasionar obyektlərdən tullanır və demək olar ki, dərhal paraşütlərini yumşaq eniş ümidi ilə açırlar. Təəccüblü deyil ki, bu idman bəzi ölkələrdə qadağandır, çünki ən ölümcül növlərdən biridir.

Sərbəst dalma heç bir nəfəs qurğusundan istifadə etmədən demək olar ki, suyun tam dibinə dalmaq deməkdir.

Sərbəst dalma

Suyun dərin qatlarında üzmə bir çox səbəbdən təmas idman növlərindən daha təhlükəli hesab olunur. Bunun səbəbləri arasında hava ilə bağlı problemlər, suyun altındakı kəskin daşlar və təhlükəli dəniz sakinlərini göstərmək olar. Sərbəst dalma, heç bir nəfəs qurğusundan istifadə etmədən demək olar ki, suyun tam dibinə dalmaq deməkdir. 2006-2011-ci illərdə dünyada bu idmanla məşğul olarkən 417 qəza qeydə alınıb, onlardan 308-i ölümlə başa çatıb.

Dağ velosipedi

Dağ velosipedi yay günlərində müxtəlif ailələrin ən sevimli məşğuliyyətidir. Ancaq əgər müntəzəm tempi və düz meşə cığırlarını sərt döngəli dağ yollarına dəyişdirsəniz, ən təhlükəli idman növlərindən biri ilə üz-üzə olacaqsınız. Dik və dar dağ yolları boyunca yüksək sürətlə velosiped sürmık ciddi sınıqlara, baş və onurğa yaralanmalarına, daxili qanaxma və orqan zədələnməsinə, daha da pis nəticələrə səbəb ola bilər.

Avto yarış

Yüksək sürət, sərt səki və kəskin dönüşlər hətta peşəkar sürücülər üçün ölümcül ola bilir. Zamanla avtomobillərin içərisi təhlükəsizlik cəhətdən yaxşılaşsa da, sürət imkanları da artıb. Odur ki, avtomobillər daha sürətli, qəzalar daha ciddi olmağa başlayıb.

Paraşütlə tullanma

Ekstremal idman niyə təhlükəli hesab olunur? Əsas səbəb, vəziyyətin yüksək risk və gözlənilməz olmasıdır. Məsələn, paraşütlə atlama zamanı hər şey yalnız atletin qabiliyyətindən deyil, həm də paraşütdən və havadan asılıdır. Ən kiçik bir səhv və ya dəyişiklik ekstrim həvəskarının həyatı hesabına başa gələ bilər. İndi parsşütdən cüt atlama yarışları bütün dünyada keçirilir, lakin orada çox sayda xəsarət və ölüm halları baş verməkdədir.

Unutmaq olmaz ki, özünü formada saxlamaq üçün təhlükəli idman növləri ilə məşğul olmaq vacib deyil. Müntəzəm bədən tərbiyəsi ilə məşğul olmaq, yüngül idman etmək də kifayətdir.

//kayzen.az