Dünyanın ən bahalı numizmatika kolleksiyası hərraca çıxarılır

 10:11 03.09.2024     571

Danimarkalı iş adamı və kolleksiyaçı Lars Emil Brunun 20-ci əsrin əvvəlində topladığı nadir sikkə kolleksiyası sentyabrın 14-də hərraca çıxarılacaq.

Redaktor.az xəbər verir ki, Emil Brun 1922-ci ildə bu kolleksiyanı bir varlı ailədən alıb. Kolleksiyanın təkrar satılacağı təqdirdə Danimarka Milli Muzeyinin imtiyazlı alıcı hüququ şərt kimi irəli sürülüb. O, bir il sonra vəfat edib.

Birinci dünya müharibəsinin fəlakətlərinə şahid olan kolleksiyaçı topladığı əşyaların ölümündən sonra 100 il milli sərvət kimi saxlanmasını vəsiyyət edib. Bu müddət 2023-cü ilin sonunda başa çatıb. Yerli KİV-in məlumatına görə, 20 mindən çox sikkənin toplandığı kolleksiya hərraca çıxarılmaq üçün hazırdır. Kolleksiyadakı 16-17-ci əsrlərə aid 7 sikkəni Danimarka Milli Muzeyi satın alıb.