Yer kürəsində maqnit qasırğası BAŞLADI
Yer kürəsində maqnit qasırğası başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Telegram kanalında məlumat yayıb.
Onun intensivliyi G2 kateqoriyasına yəni orta səviyyəyə çatıb. Alimlər geomaqnit sahəsində zəif dalğalanmaları proqnozlaşdırıblar.
Maqnit qasırğasının sentyabrın 13-ü başa çatacağı gözlənilir. Xatırladaq ki, daha öncə səmavi hadisə sentyabrın 10 və 11-də gözlənilsə də, proqnoz özünü doğrultmayıb.
Türkan İSGƏNDƏRLİ