İlon Mask bəşəriyyəti yox olmaqdan xilas etmək üçün şərt AÇIQLADI

 23:52 13.09.2024     340

Amerikalı sahibkar Elon Mask öz X hesabında bəşəriyyəti yer üzündə yox olmaqdan xilas etmək üçün şərt açıqlayıb.

Redaktor.az xəbər verir ki, onun fikrincə, təkrar istifadə edilə bilən super-ağır “Starship” reaktiv daşıyıcıları insanların həyatını xilas etməyə kömək edəcək. Bu, bürokratiyanın buna mane olmaması şərtilə baş verə bilər.

Mask "Starship" gəmisinin həyatı "çox planetli" edəcəyinə inanır.

Sahibkarın sözlərinə görə, ABŞ-də hökumətin tənzimləməsi ildən-ilə pisləşir. Belə davam edərsə, ABŞ-dəki bütün böyük layihələr qeyri-qanuni olacaq.

Qeyd edək ki, bir gün əvvəl Mask iki il sonra Marsa ilk pilotsuz "Starship" uçuşlarının planlaşdırıldığını açıqlayıb.

Yenidən istifadə edilə bilən “Starship” kosmik gəmisi Marsa uçuşlar üçün və 100 nəfər üçün nəzərdə tutulub.

Turan İSMAYIL