Bu gün maqnit qasırğası BAŞLAYIR

 09:00 16.09.2024     176

Bu gün Yer kürəsində yenidən güclü maqnit qasırğası başlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Phobos” hava mərkəzi məlumat yayıb.

“Saat 10:00-dan başlayaraq planetdə zəif maqnit qasırğası başlayacaq. Günortadan 19:00-dək biz G3 (güclü) səviyyəsində Yerin maqnit sahəsində müəyyən dərəcədə pozulma gözləməliyik”, - məlumatda deyilir.

Maqnit qasırğası sentyabrın 17-si saat 13:00-dək davam edəcək.