“Mavi yanacaq” haqqında BİLMƏDİKLƏRİMİZ

 01:30 25.09.2024     773

Hər kəsə məlum olduğu kimi, təbii qaz xam neft ilə birlikdə yer altından çıxarılan yanar materialların qiymətli sərvətidir. Bu təbii sərvət kimya sənayesində ən əhəmiyyətli xammal kimi inkişaf etmiş əksər sənaye ölkələri üçün əsas yanacaqdır.

Redaktor.az xəbər verir ki, yerin dərinliklərindən əldə olunan təbii sərvət dediyimiz qaz yanacağı haqqında bir neçə maraqlı və faydalı məlumatlar mövcüddur və onları ictimaiyyətə çatdırmaq lazımdır.

1. Yer altından əldə olunan təbii qaz tamamilə rəngsiz və qoxusuzdur. Fakta görə təbii ki, qoxu var, lakin bu qoxunu xüsusi təlim keçilmiş xilasedici itlərdən başqa heç kəs hiss etmir. Evlərdə hiss olunan qaz qoxusu isə qaza əlavə olunan kimyəvi maddələrin qoxusudur. Məhz bu kimyəvi maddənin köməyi ilə insanlar qazsızam təhlükəsinin olma ehtimalını müəyyən edə bilirlər.

2. 70 – ci illərin əvvəllərində Sovet qazmaçıları müasir Türkmənistan ərazisində perspektivli yataqların birində qazma işləri apararkən sirli yer altı boşluğa düşüblər. Nəticədə qazla dolu süni çuxur əmələ gəlib və elə məhz burada buruğun quraşdırılması qərarı verilib. Həmin dövrün texnologiyasına əsasən, əsas istehsal ilə "əlaqəli" qaz xüsusi təhlükəsiz ötürücünün sonunda tədricən yanıb qurtarmalı idi. Alışdırmadan sonra geoloqlar ümid edirdilər ki, təbii rezervuardakı yanacaq yarım günə yanıb qurtaracaq. Lakin quyu bu günə qədər şölələnib yanır. Hazırda yataq maraqlı və görməli yerlərdən biri hesab olunur və “cəhənnəmin qapıları” adını daşıyır.

3. Sarıbülbül quşu təbiətcə havada qaz halında olan metanol maddəsinə qarşı həssasdırlar. Keçmişdə dünyanın hər yerində şaxtaçılar onların bu özəlliklərindən istifadə edirdilər. Yüksək dəqiqlikli sensorlar icad olunana qədər şaxtaçılar eniş zamanı yanlarında sarıbülbül quşu qəfəsini götürürdülər. Əgər quşun cəh – cəhi uzun müddət eşidilmirdisə, o zaman sürətli şəkildə hər şeyi qoyub sürətli şəkildə yerin üzünə qalxmaq lazım idi, əks təqdirdə yanacağın sızması nəticəsində partlayışdan ölüm hadisələri baş verə bilərdi.

4. Birinci Dünya müharibəsi zamanı müharibə edən tərəflər ilk dəfə sinir iflici edən və boğan toksiki qazlardan aktiv şəkildə istifadə etməyə başlayıblar. Döyüş zamanı isə hər iki tərəf yanlarında pişik saxlayırdılar. Qazla hücuma keçilən zaman pişiklər öz panik hərəkətləri və taqətdən düşmüş miyovlamaqları ilə əsgərlərə tez qoruyucu vasitələr geyinməyi xəbərdarlığını edirdilər.

5. Qaz elə qədim zamanlardan insanların məişət ehtiyaclarını təmin edib. Belə ki, hələ 1- ci əsrdə müasir İran ərazisində yerli hakimiyyət şahzadənin mətbəxinin kiçik qaz fəvvarəsinin yerləöşdiyi yerdə tikilməsini əmr etmişdi. Həqiqətən də bu gözəl fikir idi, çünki heç bir oduna, kömürə ehtiyac olmadan mətbəx sobaları daim qaz alovu ilə təmin olunurdu.

6. Bu gün ən nəhəng qaznəqliyyatı tankerinin uzunluğu 345 metrə bərabərdir. Bu ölçü professional idman stadionlarının uzunluğundan 3 dəfə uzun deməkdir.

7. Hazırda dünyada ən uzun sualtı qaz kəməri Norveç və Britaniya aarasında olan qaz kəməridir. Onun uzunluğu 1200 kilometrdən çoxdur.

8. Əgər Rusiya daxili qaz kəmərlərinin hamısını bir yerə toplasaq, onların uzunluğu Yer üzərindən Aya qədər olan məsafənin iki dəfə çox uzunluğuna bərabər olar.

/ikisahil.az