Yatağınızdakı matraslar təhlükəlidir – Kif atır

 02:00 10.10.2024     957

Son zamanlar yun döşəkləri sıxışdırıb çıxaran matraslar sağlamlıq üçün təhlükəlidir.

Redaktor.az “Medicina”a istinadən xəbər verir ki, matraslarda kifin yığılması səbəbindən allergik insanlar, astma bronxiti olanlar üçün zərərlidir.

Biotexnologiya üzrə alim Mariya Zolotareva yataq otağı əşyalarında, yorğan döşəkdə yaranan kifin xəstəliklərə səbəb olmasından danışıb.

“Son zamanlar trenddə olan matrasların materialı və istifadə şərtlərindən asılı olaraq daha çox kif yaranır. Matraslar digər döşəklər kimi vaxtaşırı günə çıxarılmır, çırpılmır, yuyulmur, ona görə orda daha çox nəm və istilik olur. Xüsusən qışda termoistilik verən matraslarda kif göbələyi daha çox yayılır.

Yataq otaqlarına gün və hava çox düşmədiyi üçün insan təri ilə nəm qarışır. Hətta təmiz pambıq, ipək belə mikroorqanizmlər üçün əlverilşli mühitdir. Bu zaman yataqda, döşək künclərində, hətta divarda, mebel və xalçada da kif göbələkləri artıb çoxalır.

Kifdən qorunmaq üçün otaqda rütubət və temperatur normasına riayət etməli, matrasları quru saxlamaq lazımdır.

Matrasları müntəzəm havaya çıxarmalı, nəmdən qoruyan xüsusi çexollar taxmalı, antimikrob materialdan döşəklər almaq lazımdır”.