İran polisi qaçaqmalçılardan 2000 illik qızıl maskalar götürdü
İranda polis antikvar qaçaqmalçıları saxlayıb. Nəticədə müqəddəs qalıqlar, o cümlədən yaşı iki min ildən çox olan iki qızıl maska müsadirə edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin “Arkeonews” arxeoloji xəbər portalı məlumat yayıb.
Mütəxəssislər müəyyən ediblər ki, maskalar çox güman ki, eramızdan əvvəl 3000-500-cü illərdə indiki İranın qərbində mövcud olmuş qədim Elam sivilizasiyasına aiddir. Onlar dini simvollarla insan üzünün təsviri kimi xidmət edirdilər. Maskalar dəfn mərasimlərində axirətə keçidin simvolu kimi istifadə olunurdu.
Qaçaqmalçılar yaxından müşahidə altında idilər və bu da onların Fars əyalətində artefakt satmağa çalışarkən tutulmasına səbəb olub. Polis rəisinin sözlərinə görə, qızıl maskalardan birinin təxminən 50 min ABŞ dollarına satılması planlaşdırılıb.
Turan İSMAYIL