İspaniyada qadın skeletlərinin üstünlük təşkil etdiyi qədim məzarlıq TAPILDI

 23:41 14.10.2024     734

İspaniya və Almaniyadan olan beynəlxalq alimlər qrupu İspaniyanın İberiya bölgəsində yaşı 5000 il olan təxminən iyirmi daş məzar tapıb. Qalıqların təhlili göstərib ki, sümüklərin əksəriyyəti qadınlara məxsusdur.

Redaktor.az xəbər verir ki, tədqiqat "Scientific Reports" (SciRep) elmi jurnalında dərc olunub.

Panoria adlı ərazidə qazıntılar zamanı arxeoloqlar ümumilikdə 55 000 insan skeleti parçası aşkar ediblər. Mütəxəssislər Panoriyada ən azı 91 nəfərin dəfn edildiyini qeyd ediblər.

Komanda onlardan 44-nün cinsini müəyyən edə bilib və 27 skeletin qadınlara, 17-nin isə kişilərə aid olduğunu müəyyən edib.

Alimlərin fikrincə, Panoriyada belə demoqrafik balanssızlığı təbii dinamika və ya gözlənilməz hadisələrlə izah etmək olmaz. Qadın sümüklərinin kişi üzərində üstünlük təşkil etməsi sirr olaraq qalır.

Tədqiqatçılar, qadınlara üstünlük verilən qədim Panoriyada matrilineal mədəniyyətin mövcud ola biləcəyini irəli sürüblər. Belə hallarda qızlar qohumluq qrupunda qalır, oğlanlar isə ayrılaraq başqa icmalara qoşulurlar. Lakin bu nəzəriyyə hələ də faktiki olaraq təsdiqini tapmayıb.

Turan İSMAYIL