“Dua etdiyimiz hər xəstə, bir gün sonra ölüb” - İranlı molla

 16:34 15.10.2024     736

İranlı molla Seyid Mehdi Nəcəfi bu günlərdə cümə namazı xütbələrində etdiyi söhbəti ilə sosial şəbəkələrdə diqqət çəkib.

Redaktor.az xəbər verir ki, görüntüləri "Azad İran" teleqram kanalı yayıb. 

Belə ki, din xadimi insanların mollalara olan hədsiz sevgisini tənqid edərək deyib ki, biz də sizin kimi bir insanıq.

“Hamımız bir-birimizlə eyniyik. Niyə bu mollaların əlini öpürsünüz? Hansı xəstəyə dua ediriksə, bir gün sonra ölür. İndi mən qorxuram, gəlib desinlər ki, xəstəmizə dua et. Deyirəm ki, get özün onun üçün dua oxu. Birdən sabah deyər ki, dua oxuduğun xəstə öldü”.

O, insanları imamzadə ilə aldadan mollaları da şərh edərək bildirib ki, imamzadə yoxdur. Bunu deyənlər də insanların pulunu almaq üçün yalan danışırlar.

T.İSMAYIL