Tək ayaqlı şalvarlar trend olacaq

 17:39 17.10.2024     790

Tək ayaqlı şalvarlar yeni moda trendi olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə məqalə "New York Post"da (NYP) dərc olunub.

Qeyd edilib ki, artıq çox dizaynerlər kolleksiyalarına təkayaqlı şalvar, tayt və təkayaqlı ətəklər daxil edir. Bu brendlər arasında "Bottega Veneta", "Louis Vuitton", "Coperni", "Rick Owens", "Courrèges", "Victoria Beckham" və digər məşhur brendlər var.

Moda analitiki Frida Tordhaq belə şeylərin əhəmiyyətini asimmetriya meyli ilə əlaqələndirib. O, həm də qeyri-adi geyim tərzlərinin populyarlığını diqqətə çatdırıb.

Sevinc İBRAHİMZADƏ