Təyyarədən istifadə edənlər bunları BİLMƏLİDİRLƏR

 11:11 22.10.2024     697

Təyyarə ilə səyahət edən sərnişinlər bəzi məsələlərlə bağlı məlumatlı olmalıdırlar.

Redaktor.az həmin məlumatları təqdim edir.

Belə ki, soyuqdəymə halında uçmaq olmaz, çünki bu, barotravma və qulaq pərdəsinin partlamasına səbəb ola bilər. Həmçinin spirtin təsirindən sərxoş olub təyyarəyə minmək tövsiyə edilmir. Ona görə ki, oksigen və təzyiq çatışmazlığı səbəbindən havada  zəhərlənmə daha tez baş verir. 

Bundan əlavə, təyyarəyə gecikməmək üçün müddəti iki saatdan az olan biletləri almamaq, təyyarəyə minmə talonu isə şəxsi məlumatları ehtiva etdiyi üçün internetdə şəklini paylaşmamaq tövsiyə olunur.

Sevinc İBRAHİMZADƏ