Sosial media asılılığından azad olmağın ÜSULLARI
Sosial media alqoritmləri insan beynin xüsusi təsir göstərir.
Redaktor.az xəbər verir ki, Vaşinqton Dövlət Universitetinin mütəxəssisləri sosial media asılılığı barədə müzakirələr aparırlar.
Onların sözlərinə görə, insanların sosial şəbəkələri daim kontrol etməyi dayandırması çox çətindir. Ancaq bu, hələ rəsmi olaraq sosial media asılılığı diaqnozu demək deyil. Sadəcə olaraq bunun varlığını göstərən əlamətlər var. Məsələn, platformalarda sərf olunan vaxtı azaltmaq istənsə də, buna nəzarət etmək mümkün deyil.
Buna görə də mütəxəssislər sosial şəbəkələrdən istifadə etməyin bir neçə “sağlam” üsulunu sadalayıblar:
Vaxt məhdudiyyətlərini təyin edin: Bunun üçün xüsusi proqramlardan istifadə edə bilərsiniz. Məsələn: "OffScreen", "SelfControl" və "Focused Stay". Başqa bir seçim sosial şəbəkəyə daxil olarkən taymer təyin etməkdir.
Yatmazdan əvvəl telefonsuz istirahət edin: 2020-ci ildə aparılan bir araşdırmanın nəticələri gecələr sosial mediadan istifadənin yeniyetmələrdə daha çox yuxu probleminə səbəb olduğunu göstərib.
Sosial mediadan azad məkanlar yaradın: Evinizdə sosial medianın qadağan olunacağı yerləri müəyyənləşdirin. Məsələn, mətbəxdə sosial mediadan istifadəni qadağan edə bilərsiniz.
Sevinc İBRAHİMZADƏ