Körpəsini atıb-tutmaq istədi - məhkəməlik oldu

 13:09 29.10.2024     726

Rusiyanın Altay diyarında körpə oğlu ilə oynayarkən onun yerə yıxılmasına səbəb olan kişi məhkəmə qarşısına çıxacaq.

Redaktor.az gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Biysk şəhərinin sərxoş sakini üç aylıq oğlu ilə oynayırmış. Ata uşağı qucağına alıb, atıb və tuta bilməyib. Oğlan yıxılaraq ağır zərbə alıb, onun sağlamlığına ciddi ziyan dəyib.

Rusiyalıya qarşı cinayət işi başlanıb, istintaq materialları baxılması üçün məhkəməyə verilib. Xəsarət alan körpənin vəziyyəti ilə bağlı təfərrüatlar məlum deyil.

Qeyd edək ki, bundan əvvəl Sankt-Peterburqda sərxoş ananın yeni doğulmuş qızını yerə atdığı bildirilirdi. Körpə xəstəxanaya yerləşdirilib. Həkimlər uşağa beyin əzilməsi və döş sümüyünün sınığı diaqnozu qoyublar. Yeni doğulan körpənin vəziyyəti orta ağırdır. Hadisənin baş vermə səbəbləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyən edilir.

Turan İSMAYIL