Günəş sisteminin ən böyük planetindən maraqlı FOTOLAR

 05:00 21.11.2024     1257

2011-ci ildə orbitə buraxılan və 2016-cı ildə Yupiterin orbitinə daxil olaraq elmi işlərə başlayan NASA-nın "Juno" kosmik gəmisi Günəş sisteminin ən böyük planetinin yeni fotoşəkillərini göndərib.

Redaktor.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Yupiterə çatmaq üçün 5 il ərzində 2,7 milyard kilometr yol qət edən gəmi 2016-cı ildə orbitə girdiyi vaxtdan bəri heyranedici fotoşəkillər təqdim edir.

Daha maraqlısı odur ki, kosmos həvəskarları "Juno"da "JunoCam" kamerası tərəfindən çəkilmiş şəkilləri xam formatda yükləyə, öz təsvir emal üsulları ilə emal edə və bu şəkilləri dərc etmək üçün NASA-ya göndərə bilərlər.

"JunoCam"ın səhifəsinə keçməklə siz bu şəkilləri yükləyə və istədiyiniz kimi emal edə bilərsiniz.

2222