Münasibətdəki əksər problemlərin səbəbi tapıldı - İdeal yaş fərqi...
21-ci əsrdə belə, aralarında böyük yaş fərqi olan cütlüklərə cəmiyyətdə mənfi münasibət var. Ola bilsin ki, bu cütlüklərin uzun müddət birlikdə olacağına inanmırlar və ya hisslərinin səmimiliyinə güvənmirlər. Belə ki, onlar müəyyən mənada haqlıdırlar. Alimlər bu yaxınlarda partnyorlar arasında ideal yaş fərqi ilə bağlı tədqiqat aparıblar.
Birlikdə uzun ömür üçün tərəfdaşlar arasında yaş fərqi nə qədər olmalıdır?
Redaktor.az-ın məlumatına görə, bunun üçün ideal aralıq 0 ilə 3 yaş arasındadır. Tədqiqatçıların fikrincə, bunun səbəbi yaşı yaxın olan insanların eyni həyat mərhələlərindən keçməsidir. Onlar pul, evlilik və uşaq kimi qlobal məsələlərdə münaqişələrə daha az məruz qalırlar. Əgər cütlükdə böyük yaş fərqi varsa, onlar həyatdakı əsas dəyişikliklərə daha az uyğunlaşa bilirlər və çətinliklərin öhdəsindən gəlməyi həmişə bacarmırlar.
Ancaq məsələ təkcə yaş deyil, burada həm də yetkinlik səviyyəsinin olması vacibdir. Məlum məsələdir ki, bəzi insanlar yaşlarına görə olduqca dünyagörmüş və müdrik ola bilirlər. Buna görə də, tərəfdaşınızın yalnız yaşını deyil, həm də emosional yetkinliyini nəzərə almalısınız. Yetkinlik səviyyələrində fərq varsa, həmin cütlük mütləq çətinliklər yaşayacaq. Bu, aralarında 1-2 yaş fərqi olan partnyorlar üçün də keçərlidir. Məsələn, tərəflərdən biri ancaq biri uşaq kimi davranır və ciddi bir şeyə hazır deyil, digər tərəf isə artıq həqiqətən ailə qurmaq istəyir.
Bəs sizdən əhəmiyyətli dərəcədə kiçik və ya daha yaşlı biri ilə xoşbəxtlik tapmaq mümkündürmü?
Əlbəttə ki, bu ehtimal hər zaman öz mövcudluğunu qoruyacaq. Çünki heç bir tədqiqat bütün amilləri nəzərə ala bilməz. Hər bir cütlük unikaldır. Münasibətlər dürüst və sağlam qurulduğu təqdirdə, tərəfdaşlar da həyatdan eyni şeyləri istəyirlərsə, bu zaman münasibətdəki yaş fərqi heç nəyi dəyişməyəcək.
Sevinc İBRAHİMZADƏ