Ayı marketə girdi, 3 gün orada yaşadı

 12:44 02.12.2024     157

Yaponiyanın şimal-şərqindəki Akita şəhərində üç gün ərzində supermarketdə dolaşan ayı tor tələlərdən istifadə edilərək tutulub.

Redaktor.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Akita şəhərindəki supermarketlərdən birində baş verən hadisədə ayı satış sahəsinə girərək işçilərdən birinə hücum edib. Kişi yaralanıb, lakin yırtıcı ilə mübarizə apararaq qaçmağı bacarıb. Polis və fövqəladə hallar xidməti heyvanı tutmağa cəhd göstərib. Ancaq heyvan üç gün supermarket ətrafında dolaşıb. Nəhayətində o, mağazada quraşdırılmış sensor tələlər sayəsində tutulub.

Şəhər meşəlik və dağlıq ərazidə yerləşir. Bu səbəbdən vəhşi heyvanlar çox vaxt yaşayış məntəqələrinə daxil olur. Odur ki, ərazidə yaşayan sakinlərdən diqqətli olmaları xahiş olunur.

Sevinc İBRAHİMZADƏ