Yaşlı insanlar üçün internetin gözlənilməz faydaları

 16:37 13.12.2024     373

Honq Konq Universitetinin alimləri müəyyən ediblər ki, müntəzəm internet istifadəsi 50 yaşdan yuxarı insanların psixi sağlamlığını yaxşılaşdırmağa kömək edir. 

Redaktor.az xəbər verir ki, tədqiqat Nature Human Behavior (NHB) jurnalında dərc olunub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 55 yaşdan yuxarı insanların təxminən 14%-i depressiya keçirir. Bu kontekstdə tədqiqatçılar psixi sağlamlığı dəstəkləmək üçün yeni və sərfəli üsullar axtarırlar. Ünsiyyət, informasiya və əyləncə imkanlarını təmin edən internet yaşlı insanların rifahını yaxşılaşdırmaq üçün perspektivli vasitəyə çevrilmişdir.

Alimlərin yeni araşdırması 23 ölkədən 87 mindən çox insanın iştirak etdiyi altı beynəlxalq tədqiqatın məlumatlarını birləşdirib. Yaşı 50 ilə 75 arasında olan iştirakçılar internetdən istifadə ilə bağlı sualları cavablandıraraq psixi sağlamlıqlarını və fiziki rifahlarını qiymətləndiriblər.

Nəticələr göstərib ki, internet istifadəçiləri özlərini daha çox xoşbəxt hiss edirlər və depressiyadan daha az əziyyət çəkirlər. İnternet istifadəçilərinin depressiya əlamətlərinin orta hesabla 0,09 bal, həyatdan məmnunluğun isə 0,07 bal daha aşağı olduğu müşahidə edilib. Hərəkət qabiliyyəti məhdud və ya aşağı sosial aktivliyi olan insanlar da internetdən istifadə etməkdən məmnunluqlarını ifadə ediblər.

Sevinc İBRAHİMZADƏ