Vanqa və Nostradamusun dünyanı sarsıdan "2025" kəhanətləri - Canlılarla əlaqə qurulacaq
Onların ölümündən illər keçməsinə baxmayaraq, Nostradamus və Baba Vanqanın proqnozları hər il gündəmə gəlməkdə davam edir.
Redaktor.az xəbər verir ki, iki kahinin də 2025-ci il üçün kəhanətləri tükürpədicidir.
1566-cı ildə vəfat edən məşhur ekstrasens görücü Nostradamus "qədim vəba"nın 2025-ci ildə yenidən ortaya çıxacağını proqnozlaşdırıb. O, epidemiyanın bütün dünyada keçmiş epidemiyalar kimi təsirli olacağını düşünüb. Həmçinin, “göydən od kürəsi düşəcək” kimi ifadəsini işlədib ki, bu da ağıla mümkün asteroid zərbəsi və ya böyük bir vulkan püskürməsi gətirir. Bunlardan başqa müharibələrin və quraqlıqların olacağına da diqqət çəkib.
Baba Vanqa da 2025-ci ildə Avropada qitə əhalisinə təsir edəcək bir münaqişə başlayacağını hiss edib. 2025-ci ildə yerdənkənar canlılarla əlaqənin qurulacağını və bunun ən qəribə şəraitdə, böyük idman yarışı zamanı baş verəcəyini proqnozlaşdırıb.
Baba Vanqanın 2025-ci il üçün başqa bir proqnozu “laboratoriyalarda orqan istehsalı” idi. Onun sözlərinə görə, alimlər laboratoriyalarda insan orqanlarını istehsal edə biləcəklər. Baba Vanqa enerji dünyasında yeni və sirli bir kəşfin olacağını da irəli sürüb.
Türkan İSGƏNDƏRLİ