Bu ölkədə insanlar gündə ən azı bir dəfə gülməlidir: Qərar qəbul EDİLDİ

 15:54 28.12.2024     199

Yaponiyanın Yamaqata prefektural parlamenti sakinləri "fiziki və ruhi sağlamlığı gücləndirmək" üçün gündə ən azı bir dəfə gülməyə təşviq edən qətnamə qəbul edib.

Redaktor.az-ın xarici mediaya istinadən məlumatına görə, qanunun müəllifləri Yamaqata Universitetinin Tibb akültəsinin araşdırmasına istinad edərək, tez-tez gülən insanların erkən ölüm riskinin daha az olduğunu aşkar ediblər.

Yerli parlament də hər ayın səkkizinci gününü “sakinlərin gülüş vasitəsilə sağlamlıqlarını yaxşılaşdıra biləcəyi bir gün” elan edib və işəgötürənlərdən “iş yerində gülüşlə dolu bir atmosfer yaratmağı” istəyib.

Qətnaməni prefektura məclisinin bəzi deputatları tənqid edib. Onlar bəyan ediblər ki, “xəstəlik və ya digər səbəblərdən gülməkdə çətinlik çəkənlərin hüquqları pozulmamalıdır”.