Almaniyada 2024-cü ilin ən pis sözü müəyyənləşdi
Almaniyada 2024-cü ilin ən pis sözü "Orijinal Alman" (Biodeutsch) olaraq seçilib.
Redaktor.az xəbər verir ki, Almaniyanın Marburq şəhərindəki "İlin Ən Pis Sözü İnisiyatifi" tərəfindən verilən açıqlamaya görə, keçən ilin ən pis sözü olaraq "Orijinal Alman" (Biodeutsch) ifadəsi seçilib.
Müsabiqənin münsifləri, bu ifadənin xüsusilə sosial mediada insanların "bioloji mənşəyinə" görə sinifləndirilməsi və ayrı-seçkilik etmək məqsədilə daha çox istifadə edilməyə başlandığını bildiriblər. "Orijinal Alman" ifadəsinin real almanlar ilə ikinci dərəcəli almanlar arasında fərq yaratmaq məqsədilə istifadə olunduğu qeyd edilib və bunun gündəlik irqçilik nümunəsi olduğu vurğulanıb.
Seymur BƏNNAYEV