Məktəbli qız onlayn oyuna görə valideynlərini pulsuz qoydu
Rusiyanın Penza vilayətindən olan doqquz yaşlı məktəbli qız fırıldaqçılara bank kartı məlumatlarını verərək valideynlərini pulsuz qoyub.
Redaktor.az gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə regional Daxili İşlər Nazirliyi məlumat yayıb.
Penza vilayətinin kəndlərindən birinin sakini hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edərək, qızının fırıldaqçılar tərəfindən aldadıldığını bildirib. Məlum olub ki, doqquz yaşlı qız onlayn oyun oynayırmış və ona bonuslar alması barədə mesaj gəlib.
Oyun valyutasını əldə etmək üçün naməlum şəxslər qızı anasının və atasının bank kartının rekvizitlərini çəkməyə razı salıblar. Bir müddət sonra onların bank hesablarından 353 min rubl silinib. Hadisə ilə bağlı cinayət işi açılıb.
Bundan əvvəl Tomskdan olan yeddi yaşlı qızın oyun pulu üçün valideynlərinin hesablarından 460 min rubl köçürdüyü bildirilirdi. Qız onlayn oyun oynayarkən naməlum şəxslər onunla əlaqə saxlayaraq oyun valyutası almağı təklif ediblər. “Müəllim”in göstərişi ilə uşaq valideynlərinin adına kredit götürüb və onların hesablarından fırıldaqçılara pul köçürüb. Qız oynayıb və valideynlərinin adına kredit götürüb və onların hesablarından fırıldaqçılara pul köçürüb.
Turan İSMAYIL