Azərbaycanı təhlükə gözləyir, bu dövlətlər isə parçalana bilər - Astroloqdan AÇIQLAMA
Ekstrasenslər 2025-ci ildə güclü zəlzələ, iqlim dəyişkənli, siyasi problemlərin olacağını bildiriblər. Onlar bunun Azərbaycandan da yan keçməyəcəyini vurğulayırlar. Elm adamları isə zəlzələ və siyasi hadisələrin dəqiq proqnozunu verməyin demək olar ki, imkansız olduğunu qeyd edirlər.
Bəs astrologiyada proqnoz necədir, dünyanı nə gözləyir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında astroloq Sabirə Cəfər bildirdi ki, Azərbaycanda təbii hadisələrin baş verməsi gözlənilir.
"2025-ci ilə biz Mars retrosu ilə başladıq və Mars retrosu iki ildə bir dəfə baş verən hadisədir. O səbəbdən yeraltı ilə əlaqəli məsələlər aktivləşə bilər. Xüsusilə Azərbaycan 2001-ci ildəki dövrə geri dönür. Yəni həmin dövrü avqusta qədər yaşayacaq. Ona görə yeraltı aktivlik, sellər, sularla əlaqəli mövzular əlbəttə ki, aktivləşə bilər".
Astroloqun sözlərinə görə, bu il güclü dövlətlərin süqutu müşahidə oluna bilər:
"Dünya üçün də Saturn Neptun qovuşumu önəmli hadisələrə işarə edir. Böyük imperiyaların, böyük dövlətlərin, çətin imtahanları, çöküşü müşahidə oluna bilər. Xüsusilə də maydan sonrakı zamanlarda. Hətta aprelin sonu, may kimi zamanlardan etibarən bunu daha çox müşahidə edə bilərik. Amerika üçün də iç savaş təhlükəsi hələ də davam edəcək. Çünki Amerika Pluto dövrünü bitirib və o təsiri ortaya qoyacaq. Rusiya isə hazırda Kulikovo döyüşünün yaşadığı 1300-cü illərin təsirini bir daha təkrarlayacaq. Rusiya üçün bu il həlledici hadisələrin yaşandığı bir il olacaq", - deyə Sabirə Cəfər bildirdi.
Türkan İSGƏNDƏRLİ