Bu ölkədə dünyanın ən hündür Məryəm heykəli ucaldılacaq
55 m hündürlüyündə Məryəmin heykəli Polşanın şimalındakı Torun şəhəri yaxınlığındakı Kikul icmasının Konotop kəndində qoyulacaq. Tikintini hazırda bu ərazidə yaşayan ən zəngin polşalı iş adamlarından biri Roman Kartosik maliyyələşdirəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Kikul icmasının burqomasteri Renata Qolembevskaya TVN 24 telekanalına açıqlamasında deyib.
Onun sözlərinə görə, heykəlin tikintisinə iki həftə əvvəl başlanılıb: “2023-cü ildə Kikul şəhərinin rəhbərliyi və icması Məryəmin abidəsi olan müşahidə göyərtəsinin, həmçinin sosial-texniki binanın və kommunal xidmətlərin tikintisinə icazə almaq üçün ərizə alıb. Planlaşdırılan başa çatdırma tarixi 2026-cı ildir. İnvestorlar Kikuła Grazyna və Roman Karkosik sakinləridir. Hazırda layihənin dəyəri məlum deyil".
Telekanalın məlumatına görə, heykəlin özünün hündürlüyü 40 m, tac şəklində olan postament 15 m-ə çatacaq. Beləliklə, Konotopdakı abidə Rio-de-Janeyrodakı Xilaskar Məsihin heykəlindən (38 m) və Polşanın Sviebodzin şəhərindəki Kral Məsihin abidəsindən (51 m) hündür olacaq.
Turan İSMAYIL