14 yaşlı şahmatçı Karlseni məğlub ETDİ
14 yaşlı rusiyalı şahmatçı David Əhmədov “Title Tuesday” onlayn turnirində keçmiş dünya çempionu norveçli Maqnus Karlseni məğlub edib.
Redaktor.az xəbər verir ki, Əhmədov və Karlsen yarışın ikinci raundunda qarşılaşıblar.
2368 bal alan rusiyalı ağ fiqurlarla norveçlini üstələyib.
Qeyd edək ki, Karlsenin reytinqi 2831-dir, o, dünya reytinqinin lideridir.