Türkiyədə qarla oynayan ayı balaları müşahidə kameralarına düşdü
Türkiyənin Gümüşhanə şəhərində qarla örtülmüş meşədə oynayan ana ayı və balaları müşahidə kameralarına düşüb.
Redaktor.az xəbər verir ki Təbiəti Mühafizə və Milli Parklar (DKMP) Baş İdarəsi görüntüləri sosial media hesablarında paylaşaraq böyük maraq yaradıb. Videoda ana ayının bala ayıları ilə birlikdə qarda yuvarlanaraq oyun oynadığı anlar əks olunub.
Paylaşım "Qarla örtülü meşədə ana və balaları şənliklə oynayır; bizə də onların sevincinə şərik olmaq düşür. 'Yaşat-Qoru-Sev'" mesajı ilə verilib. DKMP rəsmiləri yabanı həyatın qorunmasının əhəmiyyətinə diqqət çəkərək, təbiət balansının bütün canlılar üçün həyati olduğunu vurğulayıb.
Kənan YUSİF