Amerikalı hoqqabaz 1 dəqiqəyə 3 almanı 198 dəfə dişlədi
![](https://img.redaktor.az/news/2025/02/photo_270085.webp?v=MjM6NTAyMDI1LTAyLTExIDIzOjE2OjA0)
Ginnesin Rekordlar kitabının daimi üzvü Aəamerikalı Devid Raş bir dəqiqə ərzində 198 dəfə üç alma dişləyərək yeni rekorda imza atıb.
Redaktor.az xəbər verir ki, bu barədə UMP saytı yazır.
“Qaydalar sərtdir, ona görə də hər dişləmə kiçik, dəqiq və sürətli olmalıdır. Udmağa vaxt yox idi (baxmayaraq ki, udmağa icazə verilirdi), ona görə də hərəkətə davam edərkən parçaları tüpürməli oldum”, – portal Raşdan sitat gətirir.
Qeyd olunub ki, Devid Raş yeddi il əvvəl, 2018-ci ildə Massaçusets Texnologiya İnstitutunda hoqqa konvensiyasında əvvəlki rekorda imza atmışdı. Daha sonra o, hoqqabazlığı dayandırmadan 164 dəfə üç meyvəni dişləyə bilib. Raşın internet saytındakı məlumata görə, o, iki dəfə "America's Got Talent" də daxil olmaqla çoxsaylı istedad şoularında çıxış edib.
Turan İSMAYIL