Türkiyədə "Qardan Gəlin"ə 1 milyon lirəlik qızıl TAXDILAR

 22:27 14.02.2025     123

Türkiyənin Muş şəhərində gözəllik mərkəzinin rəhbəri Mukadder Er və komandası, qar yağışını əyləncəyə çevirərək "qardan gəlin" düzəldib və ona dəyəri təxminən 1 milyon lirə olan qızıl taxıb.

Redaktor.az xəbər verir ki, qolbaq, boyunbağı və sırğalarla bəzədilən "qardan gəlin" yerli sakinlərin marağına səbəb olub.

Er və işçiləri, bəzədilmiş gəlinlə birlikdə halay çəkərək maraqlı anlar yaşayıb.

Bu qeyri-adi tədbir sosial mediada da gündəm olub.

Kənan YUSİF