Sevgilisi ona aldığı “Porsche”ni bəyənmədi, zibil qutusuna atdı - FOTO

Rusiyanın Moskva vilayətinin Mıtişi şəhərində maraqlı hadisə qeydə alınıb.
Redaktor.az “SHOT” teleqram kanalına istinadən xəbər verir ki, adı açıqlanmayan bir şəxs “Porsche” markalı avtomobili zibil qutusuna atıb.
Belə ki, həmin şəxs ilk olaraq bu avtomobili 14 Fevral – Sevgililər Günündə sevdiyi xanıma hədiyyə edib. “Porsche Macan” avtomobili qəzaya düşmüş və bir qədər zərər görmüş halda olub. O, qadına maşını hədiyyə edərkən nəqliyyat vasitəsinin vəziyyətini izah edib və onu təmir etdirəcəyinə söz verib.
Lakin bu, xanım tərəfindən heç də xoş qarşılanmayıb və o, hədiyyəni qəbul etməyib. Bundan qəzəblənən kişi avtomobili zibil qutusuna atıb.