Xoşbəxt olmağa çalışmaq insanı daha bədbəxt edir - ARAŞDIRMA

Kanadanın Toronto Universitetində aparılan araşdırmaya görə, davamlı olaraq xoşbəxt olmağa çalışmaq iradəni zəiflədir və insanı daha az xoşbəxt edir.
Redaktor.az xəbər verir ki, "Applied Psychology: Health and Well-Being" jurnalında yayımlanan tədqiqat göstərib ki, xoşbəxtlik axtarışı insanın psixoloji gücünü tükəndirir, bu da nəzarət hissini azaldaraq zərərli vərdişlərə meyilliliyi artırır.
Araşdırmanın müəlliflərindən Toronto Universitetinin professoru Sam Maglio, bunun qartopu effekti yaratdığını vurğulayıb:
"İnsanlar xoşbəxt olmaq üçün nə qədər çox səy göstərsələr, həqiqətən xoşbəxt olmağa səbəb olacaq davranışları davam etdirmək bir o qədər çətinləşir".
Sidney Universitetindən Aekyoung Kim ilə aparılan digər bir tədqiqatda isə xoşbəxtlik axtaran insanların vaxtlarının azaldığını düşündükləri üçün daha stresli və bədbəxt hiss etdikləri müəyyən olunub.
Kənan YUSİF