İnsanlar bu iki yaş dövründə daha sürətlə QOCALIR

 20:28 28.02.2025     119

Alimlər insan bədənində qocalma prosesinin iki kritik dövrdə sürətləndiyini müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, Stanford Universitetindən genetika mütəxəssisi Maykl Snayderin rəhbərlik etdiyi araşdırmaya görə, qocalma prosesində ən kəskin dəyişikliklər orta hesabla 44 və 60 yaşlarında baş verir.

Snayder bildirib ki, bədən zamanla tədricən dəyişmir, əksinə, bəzi dövrlərdə kəskin dəyişikliklər yaşayır:

"40 yaşlar və 60 yaşların əvvəli, bu dəyişikliklərin ən intensiv olduğu dövrlərdir. Üstəlik, hansı molekul sinfini araşdırsanız da, nəticə dəyişmir".

Alimlər bu prosesi daha yaxşı başa düşmək və yaşla bağlı xəstəliklərin qarşısını almaq üçün insan bədənindəki bioloji dəyişiklikləri izləyirlər.

Kənan YUSİF