Ramazanda su ehtiyacınızı qarşılayacaq 5 TÖVSİYƏ

Bədənin təxminən dörddə üçünü təşkil edən su həm ümumi bədən sağlamlığı, maddələr mübadiləsinin qaydasında işləməsi üçün lazımdır. Ramazan ayında orqanizmin suya olan ehtiyacının ödənilməsi daha da önəm kəsb edir. Susuzluq zamanı yarana biləcək bir çox xəstəliyin qarşısını almaq üçün Ramazan ayında iftardan başlayaraq imsak bitən vaxta kimi ən az 2,5 litr su içmək məsləhət görülür.
Xüsusilə yaşlılar, böyrək , ürək və təzyiq xəstələri üçün maye istehlakını həkim nəzarəti altında hesablayıb ona uyğun tətbiq etmək daha yaxşı olar.
İçdiyiniz suyun soyuq olmamasına da diqqət etməyiniz vacibdir. Belə ki, soyuq su mədədə sıxılmalara səbəb ola bilər, həzmi çətinləşdirir və həzm pozğunluğuna səbəb olur. Bu səbəbdən Ramazan ayında içdiyiniz suyun otaq temperaturunda olması tövsiyə edilir.
Redaktor.az Ramazan ayında suyu necə istehlak etməyin düzgün olduğunu təqdim edir.
Oruc tutarkən susuzluğun qarşısını almaq üçün...
• Ramazan ayında kifayət qədər su istehlak etməklə yanaşı, iftar və sahur yeməklərində susuzluğa səbəb olan kolbasa, basdırma, turşu kimi duz və ədviyyat tərkibi yüksək olan qidalara üstünlük verilməməlidir.
• İftar ilə imsak arasında istehlak edilən suya təzə limon dilimləri, nanə yarpağı və ya darçın əlavə edilməsi suya fərqli bir ətir qataraq içməyi asanlaşdırmaqla yanaşı, mədəni rahatlaşdıra və şirniyyat yemək istəyini azaltmağa kömək edir.
• Oruc tutarkən susuzluğa qarşı alınacaq ehtiyat tədbirlərindən biri də tərkibində su miqdarı yüksək olan tərəvəz və meyvələrdən faydalanmaqdır. Bu səbəbdən iftar süfrəsində salat və tərəvəz yeməklərinə daha çox yer verilə bilər.
• Çay, qəhvə, limonad kimi içkilər suyu əvəz edə bilməz. Əksinə, həddindən artıq istehlak su içmək istəyini yatıra bilər. Xüsusilə Ramazan ayında mümkün qədər məhdudlaşdırılmalıdır.
• Çay və qəhvənin həddindən artıq istehlakı bədəndə maye itkisinə səbəb olacaq. Bu səbəbdən iftardan bir-iki saat sonra qəbul edilməsi məqsədəuyğun olardı.