İmsakda süd, iftarda ayran...

Ramazan ayında oruc tutanların ehtiyacı olan vitaminləri, mineralları kifayət qədər və balanslı olaraq qəbul etməsi çox mühümdür. Bu baxımdan imsak və iftar zamanı faydalı qidaların qəbul olunmasına çalışmaq lazımdır.
Redaktor.az xəbər verir ki, mütəxəssislər iftar və imsakda süd və ayranın istehlakını tövsiyə edir.
Belə ki, kalsium və zülal mənbəyi olan süd və onun məhsulları ilə kifayət qədər qidalanmaq vacibdir.
İftarda ayran içmək susuzluğun qarşısını alır və tərkibindəki qida maddələrinə görə uzun müddət aclıqdan sonra orqanizm üçün əhəmiyyətli bir qida qaynağı olduğu bildirilir.
Sahur və iftar arasındakı uzun fasilə bədənin elektrolit balansının pozulmasına səbəb ola bilər. Bu baxımdan saatlarla susuzluqdan mənfi təsirlənməmək və maye itkisinin qarşısını almaq üçün hər gün bir stəkan ayran içmək lazımdır.
Ancaq acqarına tez ayran yemək həzm pozğunluğuna səbəb ola bilər. Bunun qarşısını almaq üçün əvvəlcə yeməyi yavaş-yavaş yemək, daha sonra ayran içmək lazımdır.
Süd isə yüksək protein tərkibli bir qida olduğu üçün tox hiss etməyimizə kömək edir və eyni zamanda maye ehtiyaclarınızı qarşılamağa yardımçı olur.
Bir stəkan südün 5 saat tox saxladığı deyilir. Belə ki, südün tərkibindəki yağ uzun müddət mədədə qalaraq toxluq hissini təmin edir.