Bu ölkədə abortla bağlı göstərişlər sərtləşdirilir

 23:50 14.03.2025     145

Rusiyada abort üçün göstərişlər siyahısını dəyişdirməyi planlaşdırırlar, çünki müasir tibbin qadın və uşaqların sağlamlığını qorumaq üçün əvvəlkindən daha çox imkanları var.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin düzəlişlər layihəsində bildirilib.

“Layihə Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyinin 2007-ci ildə təsdiq edilmiş 736 nömrəli “Hamiləliyin süni şəkildə dayandırılması üçün tibbi göstərişlərin siyahısının təsdiq edilməsi haqqında” hazırkı əmrini yeniləyir”, - məlumatda deyilir.

Beləliklə, sənəddə hamiləliyin dayandırılmasına göstəriş olan şərtlərin və xəstəliklərin siyahısı və şərtlərin ağırlıq meyarları da tənzimlənir: daha ağır vəziyyətlərə diqqət yetirilir.

Bundan əvvəl Sankt-Peterburqda qadınları hamiləliyin süni şəkildə kəsilməsinə inandırmağa görə məsuliyyət haqqında qanun layihəsi hazırlanıb. Layihənin mətninə əsasən, tibbi göstəricilərin olması barədə məlumat verilməyən inandırma, təklif, rüşvət və aldatma aborta sövq kimi qiymətləndiriləcək. Aborta təhrik üçün cəza olaraq deputatlar cərimə sisteminin tətbiqini təklif edirlər.

Turan İSMAYIL